Dərc edilib: 05-01-2022

https://www.nuh.az/30928-.html

ARXADAĞ Nazarbayev xalqın ARXA-sından qaçdı...))

05.01.2022 17:39:19

Region

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib.

Tokayev bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etdiyini bildirib.

Qeyd edək ki, 30 ilə yaxın müddətdə Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini qoruyub saxlamışdı. O, həmçinin “Nur Otan” partiyasının lideridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib