Dərc edilib: 07-01-2022

https://www.nuh.az/30937-.html

Prokuror Həsənovun bu mülklərinin müsadirəsini tələb etdi - Siyahı

07.01.2022 17:58:11

Günün sitatı

Xəbər verdiyimiz kimi, bu gün Bakı ağır Cinayətlər Məhkəməsində Azərbaycanın keçmiş Baş prokuroru, sabiq səfir Eldar Həsənovun 11 il həbsi tələb edilib.


“Qafqazinfo” xəbər verir ki, dövlət ittihamçısı çıxışında həbsdən əlavə, E.Həsənova məxsus mülklərin də müsadirəsini tələb edib. Prokuror qeyd edib ki, keçmiş səfirə məxsus aşağıdakı əmlaklar müsadirə olunmalıdır:

- Nardaran qəsəbəsində yerləşən bağ evi və torpaq sahəsi;

- Nəsimi rayonunda yerləşən mənzil;

- Nərimanov rayonunda yerləşən mağaza;

- Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

- Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

- Monteneqroda yerləşən mənzil.

Bundan başqa cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi də Həsənovun dəymiş ziyan müqabilində 18,5 milyon manat ödəməsini istəyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib