Dərc edilib: 09-01-2022

https://www.nuh.az/30943-.html

İki yaşlı Məhəmmədi oğurlayanlar tutuldu -VIDEO

09.01.2022 11:19:11

LIVE

Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib