Dərc edilib: 09-01-2022

https://www.nuh.az/30944-.html

Novruz Qartal vəfat etdi

09.01.2022 11:29:39

Mədəniyyət

Əməkdar artist Novruz Qartal    vəfat edib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor Əjdər Dadaşov məlumat paylaşıb.

Xatırladaq ki, aktyor bir müddət öncə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilərək əməliyyat olunmuşdu.

Qeyd edək ki, Novruz Qartal 1947-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib, buna görə tamaşaçıların dərin rəğbətini qazanıb.

2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. O, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib