Dərc edilib: 09-01-2022

https://www.nuh.az/30945-.html

Tarixin ilk AVTORITET qadını - 21 kişini baltalayıb

09.01.2022 11:36:57

Kriminal

Tarixdə ilk avtoritet qadının kim olması ilə bağlı müxtəlif fərziyələr irəli sürülür. Onlardan biri də 19-cu əsrdə İstanbulda yaşayan "Baltalı Hano"dur. Osmanlı dövründə sevgilisi tərəfindən oğurlanan 12 yaşlı oğluna görə 21 nəfəri baltalayan “Baltalı Hano”nun əsl adı Hanzadə olub. 


"Kriminalqafqaz" xəbər verir ki, gəncliyi səfalət içində keçən Hanzadə daha sonra zəngin bir kişi ilə evlənir. Oğlunun 6 yaşı olanda əri vəfat edir. Bir neçə il sonra avtoritet Solak Ligor ilə sevgili olub. 

Bir gün Hanzadənin 12 yaşlı oğlu itir. Qadın oğlunu axtarmaq istəsə də, sevgilisi buna imkan vermir. Hanzadə kişi cildinə girərək sevgilisini izləməyə başlayır.

Fotoda: Solak Ligor

 

O, izlədiyi müddətcə sevgilisinin xərac topladığını, gecə isə hamama getdiyini görür. Qadın hamama daxil olur və sevgilisinin oğlunu başqalarına sataraq, “hamam oğlanı”na çevirdiyinin şahidi olur. 

Hanzadə buna çox əsəbiləşir və hamamı isitmək üçün nəzərdə tutulan odunların yanından balta götürərək hamamdakı 21 nəfəri öldürür. Bundan sonra oğlunu da götürərək üst-başı qanlı halda məhəlləsinə qayıdır. 17 ay ərzində hər kəsə qan uddurur. İstanbulun kişi avtoritetlərini də xərac verməyə məcbur edir. Bundan imtina edənləri isə öz adamları vasitəsilə küçənin ortasında döydürərək rüsvay edirdi.

Daha sonra törətdiyi cinayətlərə görə saxlanılaraq güllələnib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib