Dərc edilib: 09-01-2022

https://www.nuh.az/30947-.html

Almatıda atışma zamanı 4 YAŞLI QIZ öldürüldü

09.01.2022 16:36:15

LIVE

Yanvarın 7-də Qazaxıstanın Almatl şəhərində atışma nəticəsində dörd yaşlı qız ölüb. 

Bu barədə Tengrinews.kz uşaq hüquqları üzrə ombudsman Arujan Sainə istinadən məlumat yayıb. 

Sain bildirib ki, yanvarın 7-də içərisində dörd uşaq olan avtomobil Almatı küçələrində hərəkətdə olarkən maşına atəş açılıb. Açılan atəş nəticəsində qız dünyasını dəyişib.

Xatırladaq ki, bir gün əvvəl Almatıda iğtişaşlar zamanı 11 yaşlı uşağın güllə yarasından öldüyü məlum olub. 15 yaşlı yeniyetmə isə xəsarət alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib