Dərc edilib: 09-01-2022

https://www.nuh.az/30948-.html

ABŞ Rusiya ilə bütün əlaqələrə son qoymağa hazırlaşır - ŞOK

09.01.2022 17:00:09

LIVE

Əgər Rusiya Ukraynaya qoşun yeridərsə, o zaman ABŞ Rusiyanı ixraca ən sərt məhdudiyyətlərə məruz qalan ölkələr siyahısına əlavə edə bilər.

Bizimxeber.az bildirir ki, bu barədə "Associated Press" və "Reuters"ə istinadən məlumat yayıb .

Hazırda belə dövlətlərin siyahısına Şimali Koreya, Kuba, İran və Suriya daxildir.

Rəsmilərin fikrincə, Rusiya təşkilatlarına qarşı birbaşa sanksiyalarla yanaşı, Vaşinqton Rusiyaya ixrac edilən mallara, o cümlədən, yəqin ki, ABŞ-ın yurisdiksiyasında yaradılmış bəzi xarici istehsal mallarına da ciddi məhdudiyyətlər qoya bilər.

Qeyd olunur ki, dövlətlər və müttəfiqlər istehlak malları və enerji sahəsində sanksiyalardan əlavə, Amerika elektronikası, proqram təminatı və əlaqəli texnologiyaların ixracına qadağa qoyulmasını nəzərdən keçirir.

Bu arada "Bloomberg" eyni prosses barədə məlumat vermişdi. Söhbət avionikadan, oyun konsollarından, televizorlardan, smartfonlar üçün alətlərdən gedir. 

Qəzetin yazdığına görə, bu yolla Vaşinqton texnoloji üstünlüyündən Rusiyanın texnoloji ambisiyalarına, eləcə də hərbi və mülki sektorlarına zərbə vurmaq niyyətindədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib