Dərc edilib: 10-01-2022

https://www.nuh.az/30957-.html

Əbdürrəhman Vəzirov vəfat etdi

10.01.2022 13:58:24

Hadisə

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.


“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ə. Vəzirovun yaxınları məlumat yayıb. O, bu gün səhər saatlarında 91 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Əbdürrəhman Xəlil oğlu Vəzirov 1930-cu ildə Bakıda anadan olmuşdu. 1988–1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsini icra edib. 1979–1985-ci illərdə SSRİ-nin Nepalda, 1985–1988-ci illərdə isə Pakistanda fövqəladə və səlahiyyətli səfiri olub. 

O, uzun illərdir ki, Rusiya paytaxtında yaşayırdı. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib