Dərc edilib: 13-01-2022

https://www.nuh.az/30975-.html

Əli Əliyevin məhkəmədə səhhəti pisləşdi - Foto

13.01.2022 15:58:33

Günün sitatı

Bu gün məhkəməsi keçirilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin proses zamanı səhhəti pisləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat paylaşıb. O bildirib ki, partiya sədrinin səhhəti pisləşdiyinə görə təcili yardım çağırılıb və həkimlər tərəfindən onun qan təzyiqi 210/130 müəyyən edilib. C. Cavadovun sözlərinə görə, Ə. Əliyevə sahə həkiminə müraciət etmək məsləhət görülüb.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, hazırda proses Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib