Dərc edilib: 13-01-2022

https://www.nuh.az/30982-.html

Azadlıq Partiyası Əli Əliyevin dərhal azad olunmasını tələb edir

13.01.2022 23:04:30

Cəmiyyət

Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsi VİP sədri Əli Əliyevin həbsi ilə bağlı bəyanat verib.

 

Bəyanatda deyilir : “13 yanvar 2022-ci il Yasamal Rayon Məhkəməsi Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti əsasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində 5ay həbs qərarı çıxarıb. Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsi söylədiyi fikirlərə görə VİP sədri Əli Əliyevin həbs edilməsini siysi sifarişli, heç bir qanuni əsası olmayan qərar hesab edir, bu cür repressiyaların milli marağa zidd olduğunu, Azərbaycanda milli birliyin sarsıdılmasına yönəldiyini bildirir, onun dərhal azad olunmasını tələb edir.”

NUH informasiya agentliyi səhifəsindən çap edilib