Dərc edilib: 14-01-2022

https://www.nuh.az/30988-.html

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü - Video

14.01.2022 12:38:14

Günün sitatı

Bu gün Rusiyanın Moskva şəhərində Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş keçiriləcək.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hər iki ölkənin nümayəndə heyətləri artıq Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə gəlməyə başlayıb.

Xatırladaq ki, Türkiyə tərəfinin xüsusi nümayəndəsi ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç, Ermənistanın isə parlamentin sədrinin müavini Ruben Rubinyandır. 

Dünən Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan qeyd edib ki, bugünkü görüş tanışlıq xarakteri daşıyır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib