Dərc edilib: 15-01-2022

https://www.nuh.az/31000-.html

KTMT sülhməramlıları bu tarixdə Qazaxıstandan çıxarılacaq

15.01.2022 23:07:37

LIVE

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq.

Qaynarinfo-nun məlumatına görə, bunu "Belarus-2" telekanalının efirində KTMT-nin baş katibi Stanislav Zas deyib.
"Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət daimi dislokasiya məntəqələrinə qaytarılacaq. Və əgər hava şəraiti əlverişli olarsa, o zaman Rusiya Müdafiə Nazirliyinin planına əsasən, yanvarın 19-dək hər kəsin daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır", - deyə S.Zas bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib