Dərc edilib: 17-01-2022

https://www.nuh.az/31006-.html

Hərbçimiz həlak oldu - Müdafiə Nazirliyi

17.01.2022 11:59:27

Cəmiyyət

Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavidan Məmmədlinin ölməsi faktı təsdiqlənib. 


"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması barədə məlumatı təsdiq edirik".

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib