Dərc edilib: 17-01-2022

https://www.nuh.az/31007-.html

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq

17.01.2022 13:46:34

Günün sitatı

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb. 


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

Bununla bağlı BŞİH-in qurumları tərəfindən Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.

Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Qeyd edilib ki, həmin ərazi daima BŞİH-in nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı güllərdən ibarət kompozisiyalar yenilənir. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Fotolar: Müzəffər İsmayılov

 

















NUH informasiya agentliyi səhifəsindən çap edilib