Dərc edilib: 18-01-2022

https://www.nuh.az/31012-.html

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qiymətləri....

18.01.2022 11:29:22

LIVE

İşğaldan azad edilmiş ərazilərə təşkil olunacaq marşrut avtobuslarının gediş haqqı qiymətləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

Qiymətlər belədir:

- Bakı-Şuşa-Bakı - 10.40 AZN

- Bakı-Ağdam-Bakı - 9.40 AZN

- Əhmədbəyli-Şuşa - 7 AZN

- Bərdə-Ağdam-Bərdə 5 AZN

- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN

Əhmədbəyli-Şuşa istiqamətində həftəfə 4, digər marşrutlar üzrə 2 dəfə təşkil olunacaq.

Anar Rzayev qeyd edib ki, artıq bununla bağlı sınaq təşkil edilib. İri tutumlu avtobuslar olacaq. Şuşa istiqamətində isə xüsusi əyləc tipi olan avtobuslar seçilib. 

Qalib şirkət seçilib və müqavilə bağlanıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib