Dərc edilib: 19-01-2022

https://www.nuh.az/31030-.html

Əsgərlikdən bu gün qayıdan 20 yaşlı gənc dəm qazından öldü

19.01.2022 23:42:45

LIVE

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Müdrüsə kəndində 20 yaşlı gənc dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib.

Valideynləri onu xəstəxanaya çatdırsa da, artıq gec olub.

İki gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqmış.

Süleymanın fotosunu təqdim edirik:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib