Dərc edilib: 22-01-2022

https://www.nuh.az/31048-.html

“KAT Holdinq”in rəhbəri Elçin Ələkbərovun MƏHKƏMƏSİ BAŞLADI

22.01.2022 12:39:35

Kriminal

Yanvarın  17-də   Mənzil İnşaatı Dövlət Agentliyi  ( MİDA ) üçün binalar tikən “KAT Holdinq”in rəhbəri Elçin Ələkbərovun hazırlıq  məhkəmə iclası  başlayıb. 

 

Bir  neçə  ay əvvəl  ölkə  mətbuatında  Bakıda şirkət rəhbərinin  həbs edilməsi ilə bağlı informasiya dərc  olunmuşdu. 

APA-nın  yaydığı  xəbərdən bəlli olurdu ki,  "KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.  Və Binəqədi rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da  qeyd edək ki, mətbuatda  Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan  vətəndaşların narazılığı ilə bağlı məlumat yayılıb.

Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı olub. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini, EYNİ MƏNZİLİN  BİR  NEÇƏ  NƏFƏRƏ  SATILMASINI  bildiriblər.

İstintaq  zamanı  məlum olub ki, "KAT Holdinq” MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovdur. 

İstintaq zamanl  Elçin Ələkbərovun  EYNİ  MƏNZİLİ  BİR NEÇƏ  NƏFƏRƏ  SATMASI , hətta Litva vətəndaşı Povilas Pociusa 3 milyon 26 min manat "atmas"ı məsələsi də ortaya çıxıb. 

Aldanan, zərərçəkən  vətəndaşların şikayəti əsasında  Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və Elçin Ələkbərov   holdinqin pulunu mənimsəməkdə ittiham edilib.

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib