Dərc edilib: 26-01-2022

https://www.nuh.az/31060-.html

Gündə 60 qram QOZ YEYİN

26.01.2022 10:41:17

LIVE

İki həftə ərzində gündə 2 unsiya (60 qram) qozun istehlakı süd vəzi xərçənginin artımını yavaşladır və ya bu xəstəliyin inkişaf riskini azaldır.


“Qafqazinfo” xəbər verir ki, bu, Marşal Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub.

Qozun tərkibində maddələr mübadiləsi prosesində orqanizmdə urolitinlərə çevrilən pedunkulaqin adlı maddə var. Urolitinlər estrogen reseptorları ilə əlaqəli olan və süd vəzisi xərçənginin qarşısının alınmasında rol oynaya bilən birləşmələrdir.

Həmçinin aşkar edilib ki, qozun qəbulu aşağı sıxlıqlı lipoproteinlərinin - “pis xolesterin” səviyyəsini 16 faizə qədər aşağı salır, diastolik arterial təzyiqi 2–3 millimetr civə sütunu aşağı salır və oksidləşdirici stresi və iltihabı azaldır. Oksidləşdirici stres azad radikallar adlanan qeyri-sabit molekulların orqanizmdə hüceyrələrin zədələnməsinə səbəb olduğu prosesi təsvir edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib