Dərc edilib: 26-01-2022

https://www.nuh.az/31066-.html

Azərbaycanlı müxalifətçi xaricdə HƏBS EDİLDİ

26.01.2022 22:59:08

Region

Böyük Britaniyada siyasi sığınacaq istəyən müxalifətçi Ceyhun Zeynalov cinsi təcavüzə görə həbs edilib. 


"Unikal" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, 34 yaşlı jurnalist əvvəlcə özünü təqsirli bilməsə də, daha sonra günahını etiraf edib.

 

İttihama görə, o, mağazaya gedən əqli qüsurlu qadına qarşı zorakılıq göstərməyə cəhd edib. Əvvəlcə qadınla danışmağa cəhd edən C.Zeynalov ona içki içməyi təklif edib. Qadının "yox" cavabından sonra mağazadan bir şüşə araq alıb və sözügedən şəxsin də mağazadan çıxmasını gözləyib. 

Daha sonra C.Zeynalov qadını Stok-on-Trent ştatının Şelton şəhərindəki Müqəddəs Mark kilsəsinin ərazisinə apararaq orada təcavüz etməyə çalışıb. O, qadının qətiyyətli müqavimətindən sonra ərazidən uzaqlaşıb. 

Daha sonra C.Zeynalov tapılaraq 18 ay müddətinə həbs edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib