Dərc edilib: 27-01-2022

https://www.nuh.az/31070-.html

Ukraynada əsgər xidmət yoldaşlarını güllələdi - 4 ölü, 1 yaralı

27.01.2022 10:42:28

LIVE

Ukraynanın Dnepr şəhərində yerləşən hərbi hissələrin birində hərbi qulluqçu xidmət yoldaşlarına atəş açıb.

“Qafqazinfo” “İnformator” nəşrinə istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə təqribən 06:00-da baş verib.

20 yaşlı əsgər silah saxlanılan otaqdan avtomat və patron götürdükdən sonra xidmət yoldaşlarını güllələyib. Nəticədə, 4 hərbçi ölüb, daha 1-i yaralanıb. Həmin an ərazidə 22 nəfər olub. Adı açıqlanmayan əsgər hadisə yerindən qaçıb. Hazırda hərbi hissənin ərazisi mühasirəyə alınıb.

İnsidentin səbəbi hələ açıqlanmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib