Dərc edilib: 30-01-2022

https://www.nuh.az/31093-.html

Bu heykəl 5 milyon dollara hərraca çıxarılır

30.01.2022 19:50:06

LIVE

Sotbi hərracında Qədim Misir ehramlarını inşa edənlərin dövrünə aid unikal heykəlin 5 milyon dollara satışa çıxarılması nəzərdə tutulur.
Misirli ekspert Əbdülrəhim Rihan jurnalistlərə məlumat verib ki, həmin heykəl 1913-cü ildə Bostondakı Təsviri İncəsənət Muzeyinin missiyasına daxil olmuş amerikalı arxeoloq Corc Endryu Reisner tərəfindən Xufu (Xeops) ehramının yanındakı məzardan tapılıb. Sarkofaqlar fironların beşinci sülaləsindən olan Viri və arvadı Miriyə məxsusdur.
Sotbi hərracı heykəlin XX əsrin ortalarında Misirin rəsmi qurumları tərəfindən Bostondakı muzeyə verildiyini açıqlayıb. Lakin misirli ekspertlər hesab edirlər ki, tarixi abidələrin qorunmasına dair 2018-ci ildə qəbul edilmiş yeni qanununa görə, bu abidə qaytarılmalı və hərracda satışının qarşısı alınmalıdır. Onların əsas arqumenti isə ötən əsrin ortalarında qəbul edilmiş qanunun bir daha sonrakı qanunverici aktla ləğvidir. Həmçinin Sotbi hərracı heykəlin satışına dair Boston muzeyindən rəsmi sertifikat almalıdır.
Misir heykəlin Sotbi hərracında satışa çıxarılmasına rəsmi etiraz etməyib. Digər tərəfdən Qahirənin bunu edəcəyi təqdirdə, müsbət nəticə verəcəyi ehtimalı da azdır. Çünki Bostondakı muzey vaxtilə heykəlin Misirdən çıxarılmasına rəsmi icazə sənədi alıb və Sotbi hərracının vəkilləri bunu asanlıqla sübut edə biləcəklər.//azertag.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib