Dərc edilib: 30-01-2022

https://www.nuh.az/31094-.html

Mələk Dəmirtaş danışdı: Mahmudovu tanımıram və şikayətçi deyiləm

30.01.2022 20:45:57

Hadisə

Bir neçə gün öncə "Maqsud Mahmudov Afət Fərmanqızını videolarla şantaj edib" başlıqlı xəbərdə daha bir  ZƏRƏRÇƏKƏNİN "E.Mİ-BAKU" MMC-nin rəhbəri Mələk Dəmirtaş  olduğu bildirilirdi.   

Bu gün NUH.az saytı  ilə  əlaqə saxlayan Mələk Dəmirtaş  bildirib: " Mən, ümumiyyətlə,  Maqsud Mahmudov adında  adam tanımıram. Jurnalistlər mənim adımı ora nə üçün yazıblar bilmirəm. Axı, mənim  sahibi olduğum  E.Mİ-Baku MMC ilə  Maqsud Mahmudovun nə əlaqəsi ola bilər?" 

Mələk Dəmirtaş  onu da bildirib ki, o, Maqsud Mahmudovdan  şikayətçi deyil. 

Məlumat üçün  qeyd edək ki, Mələk Dəmirtaş  Türkiyə vətəndaşı olan  Məsud Dəmirtaşın  keçmiş həyat yoldaşıdır. 

 

 

Onu da qeyd edək ki,  Maqsud Mahmudovun ittiham olunduğu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinsə hakim Faiq Qəniyevin sədrliyi ilə proses keçirilir.

Külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov hazırda Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilir. 

Görəsən. Bakı Ağır Cinayətlər Məhkəməsi  nə düşünür: Mələk  Dəmirtaş  ZƏRƏRÇƏKƏNDİRMİ ? 

NUH informasiya agentliyi səhifəsindən çap edilib