Dərc edilib: 01-02-2022

https://www.nuh.az/31107-.html

İldırımzadənin polkovnik qohumunu öldürən şəxsə 20 il həbs....

01.02.2022 16:11:03

Kriminal

Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşının qaynı Tahir Tağıyevi xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elmar Hüseynova cəza istənilib.


"Qafqazinfo" xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxışında E.Hüseynova 20 il həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, hadisə 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonunda baş verib. 1948-ci il təvəllüdlü Tahir Tağıyev E.Hüseynov tərəfindən evində qətlə yetirilib.

Qətlə yetirilən Tahir Tağıyev isə uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. Bir neçə il öncə polkovnik rütbəsində təqaüdə çıxıb.

Həmçinin oxuyun: Vidadi Muradovun yazışmaları üzə çıxdı - “250 000 İsraildə lazımdı...”

Məhkəmənin növbəti iclasında E.Hüseynova hökm oxunması gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib