Dərc edilib: 03-02-2022

https://www.nuh.az/31127-.html

Robert Eyyubov federasiyada vitse-prezident oldu

03.02.2022 14:17:18

LIVE

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 3-cü vitse-prezidenti Robert Eyyubov təyin olunub.


Bu barədə “Qafqazinfo”ya federasiyanın mətbuat xidmətindən  məlumat verilib.

Bildirilib ki, R.Eyyubov ötən il dekabrın 8-də İcraiyyə Komitəsi tərəfindən bu vəzifəyə seçilib. Lakin o, ötən gün ilk dəfə AzVİF-in iclasına qatılıb.

Xatırladaq ki, Robert Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumudur.

Qeyd edək ki, R.Eyyubovun AzVİF-ə vitse-prezident təyin olunması ilə bağlı ilk xəbəri fanat.az saytı yayıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib