Dərc edilib: 04-02-2022

https://www.nuh.az/31131-.html

Ramiz Mehdiyevin SƏHHƏTİ PİSLƏŞDİ, XƏSTƏXANAYA...

04.02.2022 11:12:35

Günün sitatı

Son zamanlar ən yaxın tərəfdarlarının da ciddi tənqidinə məruz qalan “Baş” akademik Ramiz Mehdiyevin səhhəti ağırlaşıb.  Ovqat.com-un məlumatına görə, dünən axşam halı pisləşən Mehdiyevi özəl xəstəxanalardan birinə yerləşdiriblər.

“Baş” akademikin həyati təhlükəsi davam edir.
Açığı, onun Azərbaycan qarşısında törətdiyi cinayətlərin hüquqi məsuliyyətini ödəmədən dünyaya “əlvida” deməsini heç istəməzdim. Hər varlıq kimi, hüququn da namusu var. Ramiz Mehdiyevin həbsxana qapsını görmədən dünyadan köçməsi Azərbaycanın hüquq sisteminin namusuna ləkə kimi düşə bilər. Odur ki, məhkəmə-hüquq sistemi öz namusunu təmizləmək üçün dərhal hərəkətə keçməli və “Baş” akademikin heç olmasa qiyabında hökm çıxarmalıdır. Zatən ən böyük cəzasını o biri dünyada alacaq olan Ramiz Mehdiyevə də bu hökm olduqca vacibdir. Ən azından məsuliyyətinin bir hissəsini bu dünyada ödəyərək İlahi Məhkəmə qarşısına çıxa və daha xəfif atəşlə cəzalandırıla bilər.

Azərbaycan hakimiyyəti uzun illər ona yol göstərən bu insandan öz humanizmini əsirgəməməli, cəzasının bir qısmini bu dünyada çəkməsinə şərait yaratmalıdır.

Qələmi qızıl yumurtalayan “akademik” də əks cəbhəyə keçdi

Yeri gəlmişkən, əldə etdiyimiz məlumatına görə, “Baş” akademikin ən yaxın dostu İsa Həbibbəyli ona qarşı kampaniyanın təşkilində xüsusi canfəşanlıq edir. Görünür, öz canını hüquqi məsuliyyətdən xilas etmək arzusu qələmi qızıl yumurtalayan İsa müəllimi bu cür addım atmağa vadar edir. O da mümkündür ki, İsa müəllimin könlündən yaxınlarda boşalacaq “Baş” akademik postunda əyləşmək keçir.

Azərbaycan hakimiyyəti alim əvəzinə yaltaq yetişdirən AMEA-nı tamamilə ləğv edib bu cür xəyanətlərin qarşısını birdəfəlik almalıdır. Rusiyanın 5-ci kolonunun oylağına çevrilən AMEA sovet quruluşundan qalma sistemdir və müasir reallıqlarla ayaqlaşmır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib