Dərc edilib: 04-02-2022

http://www.nuh.az/31133-.html

DİN Rasim Məmmədovu belə QANDALLADI - VİDEO

04.02.2022 15:53:52

Dünya

Daxili İşlər Nazirliyi Rasim Məmmədovun saxlanılması ilə bağlı açıqlama yayıb. 

Qaynarinfo-ya daxil olan məlumatda qeyd edilir ki, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən "Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. 
R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.
Onu da qeyd edək ki, özünü "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur. Odur ki, onun belə əməllərindən zərərçəkmiş şəxslər varsa bu barədə DİN-in 102 Zəng-Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.
 
14.09
Özünü "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanıb.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Saxlanma əməliyyatını ərazi üzrə Sumqayıt polisi həyata keçirib.
Xatırladaq ki, Rasim Məmmədov daha əvvəl məktəb direktoru olan bacısının qalmaqalı ilə gündəmə gəlmişdi.
Belə ki, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsi ilə bağlı səs yazısı yayımlanmışdı. Bundan sonra Rasim Məmmədov bacısını müdafiə edən çıxışlar etməyə başlamışdı. Bir müddət sonra Nailə Məmmədova işdən çıxarıldı.
Rasim Məmmədovun saxlanma anının əməliyyat görüntülərini təqdim edirik:  

NUH informasiya agentliyi səhifəsindən çap edilib