Dərc edilib: 07-02-2022

https://www.nuh.az/31151-.html

Əflatun Amaşovdan Cavanşir Feyziyevlə bağlı - Açıqlama

07.02.2022 10:34:26

Günün sitatı

Media nümayəndələrini təhqir edən, onlara “reket”, “dələduz”, “casus” deyən deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

 

musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz.

Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib