Dərc edilib: 07-02-2022

https://www.nuh.az/31152-.html

“ Qəssab olmaq istəyirdim” - Papa

07.02.2022 10:40:51

Müsahibə

Roma Papası Fransisk ilk dəfə İtaliyanın “RAI” dövlət televiziyasının üçüncü kanalında tok-şouda iştirak edib.


“Qafqazinfo” xəbər verir ki, Roma Papası proqram zamanı uşaq olarkən qəssab olmaq istədiyini açıqlayıb.

Onun sözlərinə görə, uşaq vaxtı bazarda piştaxta arxasında qəssab görüb və onun içərisinə pul qoyduğu cibli önlüyünə diqqət yetirib.

“Mən dedim ki, qəssab olmaq istəyərəm. Məndən səbəbini soruşduqda isə belə cavab verdim: “Baxın, onun nə qədər pulu var””, - deyə Roma Papası qeyd edib.

O, həmçinin onun tibb sahəsi ilə maraqlanmasına səbəb olan kimyaya olan həvəsindən də danışıb. 

Bununla yanaşı, Roma Papası tok-şou zamanı sevimli yazıçısının Fyodor Dostoyevski olduğunu xatırladıb, klassik musiqi və tanqonu sevdiyini qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib