Dərc edilib: 07-02-2022

https://www.nuh.az/31155-.html

“Allah belarusludur” - Lukaşenko

07.02.2022 16:26:33

LIVE

Belarus Prezidenti Aleksandr Lukaşenko Allahı belaruslu hesab etdiyini söyləyib. 


“Qafqazinfo” xəbər verir ki, Lukaşenko bu barədə rusiyalı jurnalist Vladimir Solovyovun “Solovyov Live” yutub kanalı üçün verdiyi eksklüziv müsahibəsində danışıb.

Belə ki, Belarus Prezidenti Solovyovun “Yəni Allahın bu gün belaruslu olduğunu hesab edirsiniz?” sualına cavab verərkən bunları söyləyib: “Bəli, tək bu gün yox. O, məni 90-cı illərin ortalarında bu qarma-qarışıqlığa atdı, arada da öz köməkliyini göstərir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib