Dərc edilib: 07-02-2022

https://www.nuh.az/31156-.html

Cavanşir Feyziyev jurnalistləri təhqir etdiyi statusunu sildi

07.02.2022 18:50:47

Günün sitatı

Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında jurnalistlərin adını çəkərək təhqir etdiyi statusunu silib.


“Qafqazinfo” xəbər verir ki, daha əvvəl Feyziyev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək Şuranın İdarə Heyəti üzvlüyündən istefa verdiyini bəyan etmişdi.

Qeyd edək ki, bir neçə gündür media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunur. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib