Dərc edilib: 08-02-2022

https://www.nuh.az/31160-.html

Xəbəri yayanların məqsədi Nəriman İmanovu zərbə altına qoymaqdır

08.02.2022 12:18:40

Hadisə

Məlumdur ki,  3 gün öncə  Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə  general-mayor,  Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın  son yaş  həddi ilə əlaqədar   təqaüdə göndərib. 

Bu əmrdən sonra  sosial şəbəkələrdə kimlərsə yalan xəbərlər yayırlar ki, Baş İdarənin rəis  müavini Nəriman İmanov rəis təyin olunub.

Kimlərinsə sifarişi ilə bu xəbəri yayanların məqsədi  N.İmanovu zərbə altına qoymaq və onun nüfuzuna kölgə salmaqdan başqa bir şey deyil.

Baş idarəyə rəis təyin etmək cənab nazirin müstəsna səlahiyyətində olan məsələdir.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib