Dərc edilib: 10-02-2022

https://www.nuh.az/31172-.html

Maliyyə Nazirliyi üç nazirlikdə pozuntular aşkarladı

10.02.2022 15:06:17

LIVE

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il üç nazirlikdə maliyyə pozuntuları aşkarlayıb.
 
Qaynarinfo xəbər verir ki, qurum tərəfindən Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyində yoxlamalar aparılıb.
 
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il Xarici İşlər Nazirliyində (XİN) apardığı nəzarət tədbirləri zamanı dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub.
 
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində apardığı yoxlamalar zamanı 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarında pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub.
 
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı ötən il Mədəniyyət Nazirliyində apardığı nəzarət tədbirləri zamanı bir neçə müəssisə və təşkilata qabaqcadan ödənilmiş vəsaitlərin müqabilində material qiymətlilərinin alınmaması və xidmətlərin yerinə yetirilməsinə dair təsdiqedici sənədlərin olmaması, həmçinin bir xidmətin yerinə yetirilməsinə dair sənədləşmə aparılmaqla xeyli məbləğdə artıq vəsaitin podratçı şirkətin hesabına köçürülməsi, Nazirliyin tabeçiliyində olan mədəniyyət obyektlərinə satın alınaraq təhvil verilməsi nəzərdə tutulan material qiymətlilərinin xeyli hissəsinin həmin obyektlərə ümumiyyətlə verilməməsi və onların balansa qəbul edilməməsi nəticəsində büdcə vəsaitlərinin Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri tərəfindən təyinatından yayındırıldığı müəyyən edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib