Dərc edilib: 13-02-2022

https://www.nuh.az/31187-.html

Türkiyənin 6 müxalifət lideri bir arada - Zirvədən fotolar

13.02.2022 11:14:37

LIVE

Türkiyədə 6 müxalifət partiyasının təmsilçiləri bir araya gəlib.  


“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki,  İYİ Partiya lideri Maral Akşener, “Səadət” lideri Təməl Qaramollaoğlu, “Demokrat Partiya” lideri Gültəkin Uysal, “Gələcək Partiyası” lideri Əhməd Davudoğlu və DEVA partiyasının lideri Əli Babacan CHP lideri Kamal Kılıçdaroğlunun dəvəti ilə toplanıblar. 

Mediaya qapalı keçirilən iclasda 2023-cü ildə keçiriləcək ümumi seçkilərin yol xəritəsi müəyyənləşəcək.
6 müxalifət partiyasının nümayəndələri ötən oktyabrın əvvəlindən gücləndirilmiş parlament sistemi üzərində işləmək üçün bir araya gəliblər. Tərəflərin müəyyən etdiyi nümayəndə heyətləri tərəfindən aparılan iş təxminən 2,5 ay davam edib. Araşdırma nəticəsində ortaya çıxan layihə mətni müxalifət partiyalarının liderlərinə təqdim edilib.

İclasda bildirilib ki, gücləndirilmiş parlament sistemi ilə yanaşı, seçki prosesində müttəfiqlik imkanları, seçkidə qalib gələcəyi təqdirdə parlament sisteminə keçidin yol xəritəsi, prezidentliyə namizədin müəyyənləşdirilməsi üsulları da müzakirə olunacaq. İclasda gücləndirilmiş parlament sisteminin mətninin necə və nə vaxt ictimaiyyətə açıqlanacağı bəlli olacaq.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib