Dərc edilib: 15-02-2022

https://www.nuh.az/31201-.html

Ramiz Mehdiyev danışdı: “Bunların hamısı boş söhbətdir” – VİDEO

15.02.2022 21:33:08

Xəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.


Mehdiyev istefa verməyinə baxmayaraq, bu gün işə gəlib.

 

Baku TV əməkdaşları Ramiz Mehdiyevin həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşub.

Ramiz Mehdiyev bildirib ki, o, dünən istefasını ictimaiyyətə açıqlayıb. 

“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimi başında olacam”, – deyə o qeyd edib.

Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir:

"Bunların hamısı boş-boş söhbətlərdi". 

NUH informasiya agentliyi səhifəsindən çap edilib