Dərc edilib: 16-02-2022

http://www.nuh.az/31204-.html

"Axırıncı dəfə sizə bildirirəm” Milli Məclisdə qalmaqal +Video

16.02.2022 10:47:23

Müsahibə

Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı ilə parlamentin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.


“Qafqazinfo” xəbər verir ki, mübahisə “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı baş verib.

“Neqativləri, çatışmazlıqları deməliyik. Bu, bizim borcumuzdur. Heç kəs də sizə səlahiyyət verməyib ki, burada yetənə yetəsiniz, yetməyənə də güllə atasınız. Bu, nə sizə, nə də vəzifənizə yaraşar. Siz məni nümunə çəkməməlisiniz. 64 yaşım var, hər kəs də məni çox gözəl tanıyır. Axırıncı dəfə sizə bildirirəm” - deyə M.İbrahimqızı Fəzail İbrahimliyə sərt reaksiya verib.

Həmin anın videosunu İTV-yə istinadən təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib