Dərc edilib: 17-02-2022

https://www.nuh.az/31211-.html

Nazim İbrahimovun qardaşına hökm oxundu

17.02.2022 15:14:55

LIVE

Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İbrahimov 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İbrahimov dələduzluqda təqsirləndirilib. O, həm də tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib