Dərc edilib: 18-02-2022

https://www.nuh.az/31217-.html

Prezident Nərimanova TAZƏ icra başçısı təyin etdi

18.02.2022 11:20:15

Siyasət

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edilib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Nərimanov RİH-nin keçmiş başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin sərəncamı ilə yanvarın 19-u vəzifəsindən azad edilərək Abşeron RİH-yə rəhbər təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib