Dərc edilib: 18-02-2022

http://www.nuh.az/31222-.html

Anar Rzayev : "Rəhbəri olduğum şirkətə indi qardaşım başçılıq edir"

18.02.2022 17:27:51

LIVE

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev "Van der Val Intl. Transport Bakı" şirkətinin ona məxsus olmasını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, DANX rəisi bu barədə Baku TV-yə müsahibəsində bildirib. Anar Rzayev qeyd edib ki, 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik edib: 
"Bu ilin avqust ayınadək (səhv - ötən ilin avqust) akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”.
Qeyd edək ki, Qaynarinfo  "Van der Val Intl. Transport Bakı" şirkətini Anar Rzayevlə bağlılığını araşdırıb. Məlum olub ki, Anar Rzayevin "ədalət prinsipi” daha çox qardaşı üçün işləyir. Məsələn, o, qardaşının rəhbəri olduğu "Van der Val Intl. Transport Bakı" şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib