Dərc edilib: 19-02-2022

https://www.nuh.az/31227-.html

Bu gün AMEA-ya TAZƏ prezident seçiləcək

19.02.2022 10:37:51

LIVE

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.
 
Qaynarinfo xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.
 
Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.
 
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib