Dərc edilib: 21-02-2022

https://www.nuh.az/31240-.html

16,7 MİLYON avroya “Bugatti” alan oliqarx kimdir?

21.02.2022 09:10:43

Mədəniyyət

Cenevrədə keçirilən və ən lüks avtomobillərin nümayiş olunduğu ənənəvi illik avtomobil şousunda naməlum rusiyalı 16,7 milyon avro dəyərində "Bugatti La Voiture Noire” avtomobilini alıb. 

Bu barədə məlumat Rusiya mənbələrində yer alır. Həmin avtomobilin mühərriki 1500 at gücündədir və saatda 420 kilometr sürət yığa bilir. Avtomobilin alıcısının kimliyi gizli saxlanılır, lakin bildirilir ki, söhbət hansısa rusiyalı oliqarxdan, yaxud onun övladından gedə bilər. "Bugatti La Voiture Noire” dünyanın 10 ən bahalı avtomobilindən biridir.// virtualaz.org

NUH informasiya agentliyi səhifəsindən çap edilib