Dərc edilib: 21-02-2022

https://www.nuh.az/31241-.html

Azərbaycanlı deputatlar İrəvana gedir

21.02.2022 10:50:49

Günün sitatı

Milli Məclisin deputatları Ermənistan paytaxtı İrəvana səfər edəcəklər. 


“Qafqazinfo” xəbər verir ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak edəcək. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib