Dərc edilib: 21-02-2022

https://www.nuh.az/31246-.html

“İlk işim “zapravka”da olub, saata 5 dollar qazanırdım”

21.02.2022 16:37:48

LIVE

Xalq artisti, biznesmen Emin Ağalarov əldə etdiyi ilk gəlirindən danışıb.


“Qafqazinfo” xəbər verir ki, “İstoris – Otkroyte, David!” yutub şousunda qonaq olan müğənni pul haqda bunları deyib: “Mənim üçün pul ideyalarımı həyata keçirməyə kömək edən alətdir. Pul həmişə çatışmır, çünki ideya çoxdur və onların həyata keçirilməsi üçün böyük resurslara ehtiyac var”.

ABŞ-da yaşadığı dönəmdən danışan Ağalarov bunları qeyd edib: “İlk işim yanacaqdoldurma məntəqəsində olub, orada saatıma beş dollar verirdilər. İlk pulumu müxtəlif saat, “matryoşka” satdığım “Ebay” auksionu vasitəsilə qazanmışdım. Bu, sonradan kiçik biznesə çevrildi”.  

Biznesmenin sözlərinə görə, valideynin borcu - uşaqlarda tələbat bacarığını deyil, yaratmaq və nəyəsə doğru irəliləmək bacarığını tərbiyə etməkdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib