Dərc edilib: 21-02-2022

https://www.nuh.az/31249-.html

Prezident xanımı ilə Rusiyaya getdi - Fotolar+Video

21.02.2022 22:12:08

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiyaya rəsmi səfərə gedib.


“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

 

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

 















NUH informasiya agentliyi səhifəsindən çap edilib