Dərc edilib: 22-02-2022

http://www.nuh.az/31258-.html

Pənah Hüseynlə Tofiq Abbasov efirdə əlbəyaxa oldular - Video

22.02.2022 23:32:19

Cəmiyyət

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik, Əməkdar jurnalist Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.


Hadisə “Yeni Müsavat”ın efirində yayımlanan “Dərin Təhlil” verilişində baş verib.

 

Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy” deyəndən sonra “Səməd müəllim” deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib. 

“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”.
Bundan sonra ikili arasında mübahisə əlbəyaxa davaya çevirilib.

Həmin görüntüləri təqdim edirik:

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib