Dərc edilib: 23-02-2022

http://www.nuh.az/31260-.html

Xalq artisti QABOY Kamil Cəlilov vəfat etdi

23.02.2022 10:53:03

Hadisə

Qaynarinfo xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq. 

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var. 
Xatırladaq ki, xalq artisti, qoboy alətinin mahir ifaçısı bu yaxınlarda 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsinin ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib