Dərc edilib: 24-02-2022

https://www.nuh.az/31268-.html

Rusiya Ukraynanı atəşə tutdu - ölənlər var

24.02.2022 12:31:11

LIVE

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Bravarı şəhərini atəşə tutması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko öz teleqram kanalında açıqlayıb.

Onun sözlərinə görə, aviazərbə nəticəsində bina və 4 mərtəbəli ev yanıb. Evin üçüncü və dördüncü mərtəbələrinə qismən zərər dəyib. Hazırda hərbçilər təxliyə əməliyyatları həyata keçirirlər.

***

Donetsk vilayətinin Mariupol şəhərində bir uşaq və 3 mülki şəxs yaralanıb. 

***

Ukrayna DİN həlak olanlarla bağlı yeni məlumat paylaşıb.

Məlumata görə, Odessa vilayətində Podolsk şəhərində 6 nəfər həlak olub, 7 nəfər yaralanıb, daha 19 nəfər isə itkin düşüb.

Mariupol şəhərində atışma nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Bununla yanaşı, Konotopsk bölgəsində avtomobil atəşə məruz qalıb. Nəticədə, bir qadınla uşaq xəsarət alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib