Dərc edilib: 24-02-2022

https://www.nuh.az/31271-.html

Cənab Prezident, varisi olduğum torpağı özəlləşdirə bilmirəm

24.02.2022 16:08:19

Siyasət

Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 19 ünvanda qeydiyyatda olan Muxtarov Vahid Ənvər oğlu NUH.az saytına müraciət edərək, bildirib ki, varisi olduğu mərhum babası Muxtarov Əsəd Əli oğlunun adına olan 0.50 ha torpaq sahəsini neçə ildir ki, özəlləşdirə bilmir.

 

Belə ki, həmin torpaq sahəsi (Bakı Şəhəri MAŞTAĞA rayonu, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı 1) Bakı Şəhər XDS-nin 30.03.1956-cı il tarixli, 971 saylı qərarına əsasən Böyük Vətən Müharibəsinin iştirakçısı, podpolkovnik Əsəd Muxtarova verilib. Neçə ildir Əsəd Muxtarovun nəvəsi və varisi olan Vahid Muxtarov həmin torpaq sahəsini özəlləşdirə bilmir. Vahid Muxtarov hətta Milli Arxiv İdarəsindən Bakı XDS-nin 30 mart 1956-cı il tarixli 971 saylı qərarın surətini də əldə edib. Vahid Muxtarov qeyd edir ki, müraciət etdiyimi bütün dövlət qurumları, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bütün sənədləri qəbul edərək, heç bir problem olmadığını bildirsə də, haqqında söhbət gedən 0.50 ha torpağın 1956-cı ildə Maştağa rayonunun, sonra Əzizbəyov, indi isə Xəzər rayonunun ərazisində olması az qala problemə çevrilib. Və bu səbəbdəndə neçə ildir ki, Vahid Muxtarov babasına məxsus torpağı özəlləşdirə bilmir. Biz media vasitəsilə cənab Prezident İlham Əliyevə müraciət edirik ki, bu problemin həll olunmaı üçün kömək etsin.

 

Möhtərəm Prezident !

Son 30 -40 ildə neçə-neçə rayonun, kəndin adı dəyişib, rayonlar birləşdirilib, ləğv  olunub. Bunun vaxtilə qanuni yolla verilmiş torpaq sahəsinə nə dəxli var ? Hətta bu az qala komediya mövzusudur. Çünki, vaxtilə Bakıda Stalin, Lenin, Şaumyan  rayonları var idi. Vətəndaşın Stalin rayonundakı toraq sahəsi əgər bu gün Nizami rayonunun ərazisinə düşürsə, burada nə problem ola bilər ? Bütün arxiv sənədləri var ortada. Əlbəttə, bu süründürməçiliyin məqsədi bizə bəllidir. Ümid edirik kİ, ölkə rəhbərliyinə müraciətimiz öz nəticəsini verəcək və vətəndaş qanuni torpaq sahəsini özəlləşdirə biləcək.

Yeri gəlmişkən, mərhum podpolkovnik Əsəd Muxtarovun nəvəsi və varisi Vahid Muxtarov Qarabağ müharibəsi veteranıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib