Dərc edilib: 24-02-2022

https://www.nuh.az/31273-.html

İlham Əliyev AZAL-a yeni vitse-prezident təyin etdi

24.02.2022 22:22:05

LIVE

Samir Rzayev “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yeni vitse-prezidenti təyin olunub.

 


“Qafqazinfo” xəbər verir ki, müvafiq Sərəncamı Prezident İlham Əliyev imzalayıb.

AZAL-ın prezidenti Cahangir Əsgərov Samir Rzayevi kollektivə təqdim edib. C. Əsgərov qeyd edib ki, S. Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

AZAL-ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib