Dərc edilib: 25-02-2022

https://www.nuh.az/31280-.html

Rusiya ordusu uşaq bağçasını atəşə tutdu, XİN cavab verdi

25.02.2022 23:12:52

LIVE

Rusiyalı hərbçilər Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində yaşayış infrastrukturlarını reaktiv sistemlərdən atəşə tutub.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Pravda” yayıb.

Bildirilir ki, yaşayış massivi, bombadan qorunmaq üçün sığınacaq və uşaq bağçası atəşə məruz qalıb. Yaralıların sayı və ölənlərin olub-olmaması barədə dəqiq məlumat olmasa da, hadisə nəticəsində uşaqların ağır yaralandığı qeyd olunub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün rəsmi tviter hesabında hadisə ilə bağlı paylaşım edib: “Bu gün rusiyalıların uşaq bağçasına və uşaq evinə hücumları müharibə cinayətləri və Roma Əsasnaməsinin pozulmasıdır. Baş Prokurorluqla birlikdə biz bu və digər faktları toplayırıq və onları dərhal Haaqaya göndərəcəyik. Məsuliyyət qaçılmazdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib