Dərc edilib: 26-02-2022

https://www.nuh.az/31282-.html

Ukraynada azərbaycanlı ailənin 3 üzvü aviazərbədən HƏLAK oldu..

26.02.2022 00:22:43

Günün sitatı

Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib. 

Məlumata görə, əslən Cəbrayılın Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.
Qoşqar Fərzəliyevin yaxınları modern.az-a bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. 
Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.
Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.
Q. Fərzəliyev həmin vaxt orada olmayıb.
Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələb idi. Onlar Ukrayna vətəndaşları olublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib